Kreml: Qazın pulunu rublla ödəməyən digər dövlətlərə də tədarük dayandırılacaq

Kreml: Qazın pulunu rublla ödəməyən digər dövlətlərə də tədarük dayandırılacaq
# 27 aprel 2022 15:19 (UTC +04:00)

Qaz müqavilələri üzrə Polşa və Bolqarıstan tərəfindən lazımi formada ödəniş tədarüklərin davam etdirilməsi üçün əsas olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin qaz tədarükü ilə bağlı vəziyyəti müzakirə etmək üçün bu ölkələrdən olan həmkarları ilə təmas qurmağı planlaşdırır?” sualına Peskov belə cavab verib: “Planlaşdırılmır”.

Kremlin sözçüsü Polşa və Bolqarıstandan başqa digər dövlətlərin Rusiya qazının pulunu rublla ödəməyəcəyi təqdirdə qaz tədarükünün dayandırılacağını istisna etməyib: “Qazın ödəniş müddəti yaxınlaşdıqca, bəzi istehlakçılar yeni sistem üzrə ödənişdən imtina edərlərsə, o zaman Rusiya Prezidenti Vladimir Putinin fərmanı əlbəttə ki, yerinə yetiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR