Kreml: Rusiya neftini bazar qiymətindən aşağı satmayacaq

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 02 iyun 2022 15:08 (UTC +04:00)

Rusiya enerji resurslarını öz ziyanına satmayacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiyadan mümkün yanacaq alışı ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Bunlar iqtisadi məsələlərdir. Orada logistik problemlər hələ də davam edir ki, bu da qlobal enerji bazarının sabitliyinin pozulmasına gətirib çıxarır. Ona görə də, istənilən halda, sanksiyaların doğurduğu süni çətinliklərə baxmayaraq, hər şey bazar tərəfindən tənzimlənir. Təbii ki, Rusiya heç nəyi özünə zərərlə satmayacaq, istənilən halda, tələb hardasa azalır, hardasa artırsa, o zaman axınların istiqamətinin dəyişdirilməsi, ən əlverişli şərtlərin axtarışı baş verir”, - deyə Kremlin sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR