Kreml: Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur

Kreml: Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur
# 26 sentyabr 2022 14:22 (UTC +04:00)

Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik fonunda sərhədlərin bağlanmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

“Hazırda bu məsələ ilə bağlı qərar yoxdur”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov ölkənin hansısa regionunda hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərarın hələ qəbul edilmədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR