Kreml yeni səfərbərlik dalğasının olacağı barədə məlumatlara münasibət bildirib

Kreml yeni səfərbərlik dalğasının olacağı barədə məlumatlara münasibət bildirib
# 09 yanvar 2023 14:10 (UTC +04:00)

Kreml Rusiyada yeni səfərbərlik dalğasının olacağı barədə məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov mümkün yeni qismən səfərbərlik dalğası barədə yayılan məlumatlara əhəmiyyət verməməyə çağırıb.

"Telegram kanallarının məlumatlarına əhəmiyyət vermək lazım deyil, əsas mənbə hakimiyyətdir", deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Telegram kanallarında Rusiyada yanvar-fevral ayında yeni səfərbərlik dalğasının olacağı, orduya 1 milyona yaxın çağırışçının cəlb olunacağı barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəyə başlayıb. Sentyabrın sonunda isə qismən səfərbərlik elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR