Kreml Zaporojye və Xersonun statusu ilə bağlı xəbərləri təkzib edib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 07 iyun 2022 15:08 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda Zaporojye və Xersonun statusunu müzakirə etməkdən imtina etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin sözçüsü Rusiya KİV-də yayılan xəbəri şərh edərkən bunun yanlış məlumat olduğunu bildirib.

Qeyd edək ki, “İzvestiya” media resursu yüksək rütbəli mənbəyə istinadən yazıb ki, Ukrayna ilə yeni sazişdə Xerson və Zaporojye vilayətlərinin statusu məsələsi müzakirə olunmayacaq. Bu mövzunun da Krım və Donbass kimi Moskva üçün bağlanmış məsələ olduğu iddia edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR