Kreml: Zelenski istəsə, Ukraynadakı münaqişə sabah bitə bilər

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 08 dekabr 2022 14:37 (UTC +04:00)

“Zelenski bilir ki, əgər o istəsə, Ukraynadakı münaqişə sabah da bitə bilər”.

APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynadakı xüsusi hərbi əməliyyatların gələn il bitəcəyi ilə bağlı dediklərinə cavabında söyləyib.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq alyansın Ukraynadakı münaqişənin gələn ilin yazında kəskinləşməsindən ehtiyat etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR