KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb

KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
# 19 sentyabr 2022 14:21 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun rəhbəri, KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovla görüşüb.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, son günlər sərhəddə operativ şəraitin öyrənilməsi üzrə işçi qrupunun apardığı fəaliyyətin nəticələrini açıqlayıb.

Operativ qrup sentyabrın 15-də ölkəyə gəlib və Azərbaycan-Ermənistan sərhədində operativ durumu öyrənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR