KTMT-nin Baş katibi Qazaxıstana səfər edəcək

Stanislav Zas

© APA | Stanislav Zas

# 10 yanvar 2022 12:18 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas yanvarın 11-də Qazaxıstana gedəcək.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Stanislav Zas deyib.

“Vəziyyəti yerində öyrənmək, komandan, Qazaxıstan prezidenti ilə görüşmək üçün sabah ora uçacağam”, - Baş katib bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR