Lavrov Ankarada Türkiyənin Suriyadakı mümkün əməliyyatını müzakirə edəcək

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 06 iyun 2022 14:35 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri zamanı Türkiyənin Suriyada mümkün əməliyyatı mövzusu müzakirə olunacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Lavrovun Ankarada aparacaq danışıqların mövzularından danışarkən Rusiya XİN başçısının çox güman ki, Türkiyənin Suriyada mümkün əməliyyatının müzakirə olunacağını da söyləyib.

Qeyd edək ki, Lavrov iyunun 8-də Türkiyəyə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR