Lavrov Gürcüstanla birbaşa hava əlaqəsinin tezliklə bərpa olunacağına ümid edir

Lavrov Gürcüstanla birbaşa hava əlaqəsinin tezliklə bərpa olunacağına ümid edir
# 18 yanvar 2023 13:29 (UTC +04:00)

Ümid edirik ki, Rusiya ilə Gürcüstan arasında tezliklə birbaşa hava əlaqəsi bərpa olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov tezliklə Gürcüstanla birbaşa hava əlaqəsinin bərpa olunacağına ümid etdiyini vurğulayıb.

O qeyd edib ki, iki ölkənin əhalisi arasında təmaslar aktiv inkişaf edir: “Mənə məlumat verdilər ki, ötən il Gürcüstanın ÜDM-i 10 faiz artıb. Bu, əhəmiyyətli dərəcədə Rusiya ilə turizm və ticarətin sayəsində mümkün olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR