Lavrov: "Moskva Rusiya-Ermənistan-Azərbaycan formatında münaqişə tərəfləri arasında fəal vasitəçilik etməyə hazırdır"

Lavrov: "Moskva Rusiya-Ermənistan-Azərbaycan formatında münaqişə tərəfləri arasında fəal vasitəçilik etməyə hazırdır"
# 11 noyabr 2019 14:54 (UTC +04:00)

"Rusiya həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də milli baxımdan Rusiya-Ermənistan-Azərbaycan formatında bundan sonra da münaqişə tərəfləri arasında fəal vasitəçilik etməyə hazırdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı tərəflər arasında danışıqların konstruktiv inkişaf etdirilməsinə yönəlmiş səylərin gücləndirilməsinin və mövcud razılaşmalar, o cümlədən aprel ayında Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin və həmsədrlərin görüşündə əldə olunan razılıqlar nəzərə alınmaqla münaqişə zonasında gərginliyin azaldılması məqsədi ilə gələcək addımların atılmasının vacibliyinə diqqət çəkib: "Nazirlər arasında razılaşdırılmış, hansı ki, bu il Ermənistan və Azərbaycan liderlərinin görüşündə müzakirə olunan həmin tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi vacib hesab edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR