Lavrov: “Qərb daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyir”

Lavrov: “Qərb daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyir”
# 11 may 2022 14:02 (UTC +04:00)

Rusiya Avropada müharibə istəmir. Lakin Qərb dövlətləri daim Moskvanın “məğlub edilməli” olduğunu söyləyirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqlardan sonra mətbuat konfransında bildirib bildirib.

"Avropada müharibənin baş verməsi sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik. Lakin mən diqqətinizi ona yönəldirəm ki, Qərb dövlətləri daim təkidlə bəyan edirlər ki, “bu vəziyyətə Rusiyaya məğlubiyyətə uğradılmalıdır”. Özünüz nəticə çıxarın”, deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR