Lavrov: “Rusiya-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib”

Lavrov: “Rusiya-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib”
# 12 may 2022 16:18 (UTC +04:00)

Vəziyyətə ümumi baxış keçirmək, prezidentlərin qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyinə baxmaq üçün istənilən məkan çox dəyərlidir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Düşənbədə baş tutan görüşdə bildirib.

Lavrov Ceyhun Bayramovla görüşünün iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə çatdığı zamanda keçirildiyini deyib.

“Qeyd etmək istərdim ki, bu il diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Yaxın vaxtlarda bir çox parlaq tədbirlərin keçirilməsi, Rusiya-Azərbaycan sənədlər toplusunun çapa hazırlanması gözlənilir”, - Lavrov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR