Lavrov: "Rusiyaya qarşı sanksiyalar işləmir, heç vaxt da işləməyəcək"

Lavrov: "Rusiyaya qarşı sanksiyalar işləmir, heç vaxt da işləməyəcək"
# 02 oktyabr 2019 17:28 (UTC +04:00)

“Amerikalı senatorlar Marko Rubio və Ben Kardinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı çağırışları uzaqgörən xarakter daşımır”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” beynəlxalq müzakirə klubunun XVI illik toplantısında deyib.

“Rubio və Kardin Rusiya əleyhdarı olan siyasətçilərdir. Düşünmürəm ki, onların sanksiyalara çağırışı uzaqgörən xarakter daşıyır. Yetkin siyasi görüşə malik istənilən şəxs artıq anlamalıdır ki, onların sanksiyaları istədikləri istiqamətdə işləmir və düşünürəm ki, heç vaxt işləməyəcək”, - deyə S. Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR