Lavrov: Ukrayna ilə əsir mübadiləsi Ər-Riyadın köməyi ilə həyata keçirilib

Sergey Lavrov - Feysəl bin Fərhan Al Səud

© APA | Sergey Lavrov - Feysəl bin Fərhan Al Səud

# 09 mart 2023 15:47 (UTC +04:00)

Rusiya ilə Ukrayna arasında bu yaxınlarda baş tutmuş əsir mübadiləsi Ər-Riyadın köməyi ilə həyata keçirilib.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla Moskvadakı görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun bu fikrini Səudiyyə Ərəbistanından olan həmkarı da təsdiqləyib: “Ötən il Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi əməliyyatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin şəxsi nəzarəti altında həyata keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR