Lavrov və Abdullahiyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Lavrov və Abdullahiyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
# 02 noyabr 2022 18:47 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Fars körfəzindəki mövcud vəziyyətə xüsusi diqqət yetirməklə aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Yaxın Şərq dövlətlərinin maraqları nəzərə alınmaqla, burada mövcud olan bütün ziddiyyətlərin siyasi və diplomatik yollarla aradan qaldırılması lehinə Moskva və Tehranın mövqelərinin ümumiliyi təsdiqlənib.

Rusiya və İran XİN başçıları Cənubi Qafqazda vəziyyətin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunublar", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR