Lavrovun MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini dəyişib

Lavrovun MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini dəyişib
# 05 dekabr 2022 13:19 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini dəyişib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrovun MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini postuna Mixail Qaluzin təyin olunub.

Qeyd edək ki, Mixail Qaluzin bir müddət əvvəl Rusiyanın Yaponiyadakı səfiri vəzifəsindən geri çağırılaraq XİN başçısının müavini təyin edilib.

İndiyə kimi isə Rusiya XİN-də MDB ölkələri ilə əlaqələri nazir müavini Andrey Rudenko kurasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR