Lavrovun müavini: “Moskva Suriya ilə bağlı ABŞ-la təmaslara hazırdır”

Lavrovun müavini: “Moskva Suriya ilə bağlı ABŞ-la təmaslara hazırdır”
# 19 sentyabr 2022 14:47 (UTC +04:00)

Rusiya Suriya ilə bağlı ABŞ-la təmaslara hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

“Yəqin ki, hərbçilərin xətti ilə müəyyən təmaslar var və biz bu cür təmaslara həmişə hazırıq”, - deyə rusiyalı diplomat vurğulayıb.

O, ABŞ-ın Astana formatında keçirilən görüşlərə müşahidəçi qismində dəvət olunduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR