Lavrovun müavini: Moskvanın Kiyevlə danışıqlar üçün heç bir ilkin şərti yoxdur

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 08 noyabr 2022 15:29 (UTC +04:00)

Moskvanın Kiyevlə danışıqlar üçün heç bir ilkin şərti yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim tərəfimizdən heç bir ilkin şərt yoxdur, əsas şərt istisna olmaqla – Ukraynanın xoşməramlı olması”, - Rudenko əlavə edib.

O xatırladıb ki, Kiyev hakimiyyəti Moskva ilə sülh danışıqlarını qadağan edən qanun qəbul edib. Diplomat bunun qonşu ölkə hakimiyyətinin şüurlu seçimi olduğunu vurğulayıb.

“Biz hər zaman bizim günahımız olmadan dayandırılan belə danışıqlara hazır olduğumuzu bəyan etmişik”, - Rusiya XİN başçısının müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR