Lavrovun müavini: “Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq”

Lavrovun müavini: “Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq”
# 16 may 2022 13:05 (UTC +04:00)

Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-nun Rusiyanı birbaşa təhlükə adlandırmaq planlarını şərh edərkən bildirib.

O, Rusiya Federasiyasının buna əməl etməli olacağını söyləyib: "Biz bu qiymətləndirmənin zirvəsində olmaq üçün onlara birbaşa təhlükə yaradacağıq"

Qeyd edək ki, Bloomberg agentliyi adının açıqlanmasını istəməyən NATO nümayəndəsinə istinadən xəbər verib ki, NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək alyansın yeni strateji konsepsiyasında Rusiyanın davranışı “birbaşa təhlükə” kimi qeyd edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR