Lukaşenko: Belarusa nüvə silahlarının qaytarılması ilə bağlı Putinlə danışıqlar intensivləşib

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 31 mart 2023 13:48 (UTC +04:00)

Belarusa nüvə silahlarının qaytarılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar intensivləşib.

APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciəti zamanı deyib.

O vurğulayıb ki, geosiyasi vəziyyətin gərginləşməsi Belarus rəhbərliyini Rusiya hakimiyyəti ilə nüvə silahlarının ölkəyə qaytarılması mövzusunda danışıqları intensivləşdirməyə məcbur etdi:

“Mövcud şəraiti və ölkəmizin ətrafındakı hərbi-siyasi vəziyyətə uyğun olaraq mən Rusiya Prezidenti Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı davamlı danışıqları daha da intensivləşdirmişəm”, - Lukaşenko deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR