Minskdə KTMT PA Şurasının iclası keçiriləcək

Minskdə KTMT PA Şurasının iclası keçiriləcək
# 17 may 2023 14:32 (UTC +04:00)

Belarusun paytaxtı Minsk şəhərində 17-18 may tarixlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) Şurasının iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Təşkilatın Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətlərinin və dəvət olunmuş xarici qonaqların Minskə bu gün gələcəyi gözlənilir.

Qonaqlar üçün Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyinə səfər təşkil olunacaq.

Sabah isə ikitərəfli görüşlər keçiriləcək və bundan sonra Qələbə abidəsi önünə əklil qoyulacaq.

KTMT PA Şurasının iclasında iştirakçılar KTMT Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabrında baş tutmuş sessiyasının qərarlarının icrasını və təşkilatın əhatə etdiyi zonada yaranan vəziyyəti nəzərdən keçirəcəklər.

Əsas diqqət bu il KTMT-yə sədrliyin prioritetlərinin həyata keçirilməsi kontekstində ictimai-siyasi və hərbi vəziyyətin davamlılığını və sabitliyini təmin etmək, təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə sahəsində Belarusun dövlət orqanlarının fəaliyyətinə yönəldiləcək.

Kosmik fəzada silahlanmanın qarşısının alınması, uşaqlar və gənclər arasında narkomaniyaya qarşı mübarizə, onların sağlam həyat tərzinin təbliği ilə bağlı KTMT PA Şurasının bəyanatlarının layihəsi müzakirə gündəliyinə daxil edilib.

Həmçinin qeyd olunub ki, KTMT PA-nın 2021-2025-ci illər üçün Təşkilata üzv dövlətlərin milli qanunvericiliyinin yaxınlaşması və uyğunlaşdırılması üzrə fəaliyyət proqramına dəyişikliklərin edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR