Mirzoyan həmkarı ilə Kanadanın İrəvanda səfirlik açmasını müzakirə edib

Mirzoyan həmkarı ilə Kanadanın İrəvanda səfirlik açmasını müzakirə edib
# 02 dekabr 2022 16:36 (UTC +04:00)

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Kanada xarici işlər naziri Melani Coli ilə görüşüb.

APA “News Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Kanada XİN rəhbərləri Ermənistan-Kanada qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi üçün imkanları müzakirə ediblər. Bu kontekstdə Kanadanın İrəvanda səfirlik açmaq barədə qərarı da müzakirə olunub.

XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından irəli gələn məsələləri müzakirə ediblər.

Kanadalı nazir Cənubi Qafqaz regionunda sabitliyin qorunmasında Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının rolunu vurğulayıb və missiyanın fəaliyyətini dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR