Mişustin Si Cinpinlə görüşüb

Mişustin Si Cinpinlə  görüşüb
# 21 mart 2023 12:18 (UTC +04:00)

Rusiya Baş naziri Mixail Mişustin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

APA-nın Moskva müxbirinin məlumatına görə, görüş Rusiya Federasiyasının Hökumət Evində keçirilir.

Qeyd edək ki, Si Cinpin martın 20-də Moskvaya səfər edib. Səfərin birinci günündə Çin lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kremldə keçirilən qeyri-rəsmi danışıqlar 4,5 saat çəkib.

Bu gün isə Si Cinpinin Putinlə rəsmi danışıqları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR