Moskva meriyası koronavirus cərimələrini sıfırlayıb

Sergey Sobyanin

© APA | Sergey Sobyanin

# 25 may 2022 10:32 (UTC +04:00)

Moskvada COVİD amnistisyası elan olunub

Moskva hakimiyyəti koronavirus məhdudiyyətlərini pozduğuna görə ödənilməmiş cərimələrin yığılmasını dayandıracaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə mer Sergey Sobyaninin bloqunda məlumat verilib.
Şəhər hökuməti həmçinin sakinlərə, fərdi sahibkarlara və hüquqi şəxslərə artıq ödənilmiş cərimələrə görə kompensasiya ödəyir.
COVID-19 xəstəliyi zamanı evdə izolyasiya rejiminə əməl edilməməsi istisna olmaqla, bütün COVID-19 məhdudiyyətlərinin pozulmasına görə Moskvanın icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar tərəfindən tətbiq edilən cərimələr kompensasiya edilir.


Covid amnistiyası iyunun 1-dən qüvvəyə minir. Hökumət proqramının həcmi 13,6 milyard rubl olaraq qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR