Moskva Metropoliteninin vaqonlarında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonu haqqında videoçarx nümayiş olunub.
APA-nın Moskva müxbirini xəbər verir ki, metronun vaqonlarında olan məlumat ekranlarında "Azərbaycan" pavilyonu haqqında hazırlanmış video material martın 14-dən 21-dək göstərilib.
Hər gün metrodan istifadə edən 7 milyona yaxın insan "Azərbaycan" pavilyonunu hər detalı ilə görə bilib.
Pavilyonun direktoru Səadət Kadırova videoçarxın eksklüziv olaraq metro üçün hazırlandığını söyləyib.