Moskva vilayətində elektrik qatarı avtomobillə toqquşub, üç nəfər ölüb

Moskva vilayətində elektrik qatarı avtomobillə toqquşub, üç nəfər ölüb
# 03 yanvar 2023 14:11 (UTC +04:00)

Moskva vilayətində elektrik qatarı avtomobillə toqquşub.

APA-nın Moskva müxbirinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 3 nəfər həlak olub.

"İlkin məlumata görə, bu gün saat 7.18 radələrində "Hyundai" markalı avtomobil "İvanteevka" platformasının yaxınlığında maneəsiz tənzimlənən dəmiryol keçidi ilə hərəkətdə olarkən elektrik qatarı ilə toqquşub. Qəza nəticəsində sürücü və avtomobildə olan iki sərnişin ölüb”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR