Moskvada müxalifətin mitinqi keçirilib

Moskvada müxalifətin mitinqi keçirilib
# 10 avqust 2019 17:23 (UTC +04:00)

Rusiya paytaxtında müxalifətin etiraz aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Meduza.io" portalı məlumat yayıb. Aksiya paytaxtın Saxarov prospektində keçirilib.

Moskva polisi isə müxalifətin mitinqinə toplaşanlarının sayının 20 min nəfərə yaxın olduğunu açıqlayıb.

Moskva şəhər Dumasına seçkilərdə müxalifətin namizədlərinin qeydiyyata alınmamasına etiraz olaraq keçirilən mitinq icazəli olub.

Qeyd edək ki, sentyabrın 8-də Moskva şəhər Dumasına seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə 233 namizədi qeydiyyata alıb, 57 nəfərin namizədliyi isə qeydiyyata alınmayıb. MSK bunu namizədliyə imzatoplama zamanı qayda pozuntularına yol verilməsi ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR