Moskvada Qırğızıstan vətəndaşlarından 4 milyon dollar oğurlanıb

Moskvada Qırğızıstan vətəndaşlarından 4 milyon dollar oğurlanıb
# 10 noyabr 2022 15:41 (UTC +04:00)

Moskvanın Domodedova hava limanında soyğunçuluq hadisəsi baş verib.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxslər Qırğızıstan paytaxtı Bişkekdən Moskvaya gələn iş adamlarına hücum ediblər və onların üzərində olan 4 milyon dollara yaxın vəsaiti ələ keçiriblər.

Hadisə nəticəsində yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR