MTİ: Kreml uzun müddətli müharibə üçün hərbi-sənaye kompleksini yenidən işə salmağa çalışır

MTİ: Kreml uzun müddətli müharibə üçün hərbi-sənaye kompleksini yenidən işə salmağa çalışır
# 13 avqust 2022 07:44 (UTC +04:00)

Kreml Ukraynada davam edən döyüşləri dəstəkləmək üçün sənayeni yenidən işə salmağa və ya genişləndirməyə çalışır.

APA xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.

Qeyd olunur ki, avqustun 12-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın ən böyük tank istehsalçısı və xüsusilə də T-72 tanklarının istehsalçısı olan “Uralvaqonzavod” zavoduna baş çəkib. Bundan əvvəl “Uralvaqonzavod”un Qərbin tətbiq etdiyi sanksiyalar və dövlət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən maliyyə problemi ilə üzləşdiyi mesajı yayılıb.

İnsitut yazır ki, Şoyqunun səfəri Kremlin hərbi-sənaye kompleksinin fəaliyyətini yenidən başlatmağa və ya genişləndirməyə çalışdığını göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR