Nazarbayev xalqa müraciət edib

Nursultan Nazarbayev

© APA | Nursultan Nazarbayev

# 08 yanvar 2022 11:29 (UTC +04:00)

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

Məlumatda bildirilib ki, Nursultan Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR