Nazarbayev xəstəxanadan evə buraxılıb

Nazarbayev xəstəxanadan evə buraxılıb
# 24 yanvar 2023 09:21 (UTC +04:00)

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xəstəxanadan evə buraxılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Elmi Ürək Cərrahiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, Nazarbayev ürək əməliyyatından sonra vəziyyətinin yaxşılaşması səbəbi ilə xəstəxanadan buraxılıb.

Xatırladaq ki, yanvarın 20-də Nazarbayevin mətbuat katibi siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR