Nazir: Qazaxıstanın uşaq bağçalarında rusdilli qruplar bağlanmayacaq

Nazir: Qazaxıstanın uşaq bağçalarında rusdilli qruplar bağlanmayacaq
# 06 iyun 2023 15:03 (UTC +04:00)

Qazaxıstanın uşaq bağçalarında rusdilli qrupların bağlanması məsələsi heç vaxt qaldırılmayacaq.

APA xəbər verir ki, bunu Qazaxıstanın təhsil naziri Qani Beysembayev jurnalistlərə müsahibəsində bildirib.

“Biz sadəcə olaraq dövlət dilində tədrisi gücləndiririk”, - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, ölkədə 11 mindən çox uşaq bağçası var, onların yarısı dövlət bağçasıdır.

“Bu gün qazax dilində olan uşaq bağçalarına tələbat artır. Ona görə də nazirlik bütün dövlət bağçalarında qazax dilində tədris aparılması imkanlarını nəzərdən keçirir”, - Beysembayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR