Moldovada seçkilər keçiriləcək

Moldovada seçkilər keçiriləcək
# 18 iyun 2019 17:09 (UTC +04:00)

Oktyabrın 20-də Moldovada yerli seçkilər keçiriləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Moldova parlamenti bununla bağlı qərar qəbul edib.

Seçki kampaniyası sentyabrın 20-də başlayacaq.

Moldovada yerli seçkilər 4 ildən bir keçirilir. Seçkilər zamanı yaşayış məntəqələri üçün merlər və rayon şuralarının tərkibi seçilir. Mer və şura üzvlərinin mandatı iyunun 14-də bitib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR