Özbəkistan Prezidentinin Qırğızıstana səfəri təxirə salınıb

Şavkat Mirziyoyev

© APA | Şavkat Mirziyoyev

# 08 dekabr 2022 10:57 (UTC +04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstan paytaxtı Bişkek şəhərinə səfəri təxirə salınıb.

APA xəbər verir ki, bu haqda Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfərin tarixi sonraya keçirilib. “Dəqiq tarix məlum deyil, lakin dekabrın sonuna kimi səfər baş tutacaq”, - açıqlamada deyilir.

Səfərin hansı səbəbdən təxirə salınması barədə açıqlama verilməyib. İki dövlət başçısının arasında aparılan danışıqlardan sonra səfərin təxirə salınması barədə qərar qəbul edilib.

“Bişkekdə dekabrın 9-da keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı nəzərdə tutulur”, - Nazirlik əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR