Paşinyan Avropa Məhkəməsində Ermənistanı udub

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 18 yanvar 2022 16:15 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan dövlətinə qarşı 2010-cu ildə qaldırdığı məhkəmə iddiası təmin edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci il prezident seçkilərindən sonra Paşinyanın hüquqlarının pozulması barədə qərar çıxarıb.

AİHM həmin hadisələr zamanı Paşinyanın hüquqlarının 2 maddə üzrə pozulması barədə qərar verib.

Məhkəmə iddiasında kompensasiya tələbi olmadığı üçün Paşinyana ödəniş edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR