Paşinyan Brüsselə gedib

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 13 may 2023 12:40 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Paşinyanın iştirakı ilə üçtərəfli görüş təşkil olunacaq.

Üçtərəfli görüşdən əvvəl Şarl Mişelin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR