Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin keçmiş birinci müavini Yuri Averyanov “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin köməkçisi təyin edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyası məlumat yayıb.
Bildirilib ki, Averyanov həmçinin, xüsusi hərbi əməliyyat məsələləri üzrə koordinasiya qrupunda çalışacaq.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin 2013-cü ildən Təhlükəsizlik Şurasının katibinin birinci müavini olan Yuri Averyanovu vəzifəsindən azad edib.
Təhlükəsizlik Şurasının katibi vəzifəsini Nikolay Patruşev tutur.