Peskov: "Aeroportlarda “ajiotaj” yaşanması məsələsi çox şişirdilib"

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 22 sentyabr 2022 14:54 (UTC +04:00)

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hava limanlarında və sərhəd keçid məntəqələrində yaranan “ajiotaj”la bağlı məlumatlar çox şişirdilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bununla bağlı çoxlu “feyk” məlumatların olduğunu söyləyib: “Hava limanlarında və sərhəd keçid məntəqələrinə hansısa “ajiotaj”ın yaşanması ilə bağlı informasiyalar çox şişirdilib. Bununla bağlı çoxlu “feyk” məlumatlar ortaya çıxır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR