Prokurorluq Moldovanın eks-prezidenti Dodonun həbsinə icazə istəyir - YENİLƏNİB

Prokurorluq Moldovanın eks-prezidenti Dodonun həbsinə icazə istəyir - YENİLƏNİB
# 25 may 2022 18:18 (UTC +04:00)

Korrupsiya ilə Mübarizə üzrə Moldova Prokurorluğu eks-prezident İqor Dodonun 30 günlük həbsinə icazə istəyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmisi Mariana Kerpek açıqlama verib.

O, prokurorluğun həbsə icazə ilə bağlı müraciətinə Kişinyov məhkəməsinin sabah baxacağını deyib.

***

16:52

Korrupsiya ittihamı ilə 72 saat müddətinə saxlanılan Moldovanın eks-prezidenti İqor Dodon hazırda sorğudadır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Mariana Kerpek bildirib.

O, sorğu-sualdan sonra istintaqın həbslə bağlı yekun qərar çıxaracağını və Dodonla bağlı günün sonuna qədərə əlavə məlumat veriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR