Putin: “Bundan sonra da müdafiə potensialımızı gücləndirəcəyik”

Putin: “Bundan sonra da müdafiə potensialımızı gücləndirəcəyik”
  • Clock-gray 16:38
  • calendar-gray 06 Noyabr 2019

“Rusiya bundan sonra da öz müdafiə potensialını gücləndirəcək”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ali zabitlər və prokurorların yüksək vəzifələrə təyinatı və ali hərbi rütbələrə layiq görülməsi münasibətilə keçirilən görüşdə deyib.

“Bununla belə silahsızlanma prosesinə təkan vermək üçün də əlimizdən gələni etməyə hazırıq. Bizim ordumuz və donanmamız yüksək hazırlığa malik olduğunu sübut edib. Biz hələlik heç bir ölkədə olmayan müasir silahlarımızı, o cümlədən hipersəsli və lazer silah sistemlərini döyüş növbəsinə daxil etmək niyyətindəyik. Lakin bu, kimisə hədələmək üçün bəhanə deyil”, - deyə V. Putin vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date