Putin: “Çox istərdim ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Akkuyu AES istifadəyə verilsin”

Vladimir Putin

© APA | Vladimir Putin

# 16 sentyabr 2022 19:08 (UTC +04:00)

Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün problemli məsələlər həll olunub, yekun sənədlər imzalanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.

"Tikinti prosesinin özünün təşkili ilə bağlı müəyyən məsələlər var idi. Bildiyimə görə, bütün bu məsələlər həll olunub. Dünən bu böyük tikinti layihəsinin tərəfləri arasında bütün münasibətləri tənzimləyən yekun sənədlər imzalanıb. Çox istərdim ki, ilk blok razılaşdığımız kimi vaxtında, yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı 2023-cü ildə istifadəyə verilsin”, - deyə Rusiya prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR