Putin: "Nüvə müharibəsi heç vaxt başlamamalıdır"

Putin: "Nüvə müharibəsi heç vaxt başlamamalıdır"
# 01 avqust 2022 21:30 (UTC +04:00)

Nüvə müharibəsində qaliblər olmur və belə bir qarşıdurma heç vaxt başlamamalıdır.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Nyu-Yorkda işə başlayan BMT-nin 10-cu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Tərəflərinin Konfransının iştirakçılarına ünvanladığı məktubda bildiriib.

"Konfrans iştirakçısı və bu müqavilənin dəstəkçisi kimi Rusiya bütün proseslərə daim əməl edir",- deyə Putin bildirib.

Həmçinin qeyd edilir ki, Rusiya müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR