Putin Soyuq Müharibənin təkrarlanması ehtimalına münasibət bildirib

Putin Soyuq Müharibənin təkrarlanması ehtimalına münasibət bildirib
  • Clock-gray 15:29
  • calendar-gray 13 Oktyabr 2019

Rusiya Prezidenti Vladimir Putin İkinci Soyuq Müharibənin olmayacağına ümid edir

APA-nın məlumatına görə, V. Putin bunu “RT Arabic”, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına müsahibəsində dünyada silah yarışmasının Soyuq Müharibənin təkrar baş verməsinə yol açıb-açmayacağı barədə sualı cavablandırarkən bildirib.

V. Putin bir sıra ölkələrin hərbi xərclərinə də diqqət çəkib və Rusiyanın hərbi xərclərin həcminə görə dünyada yalnız 7-ci yerdə olduğunu vurğulayıb: “İlk yerdə 700 milyard dollarla ABŞ, sonrakı yerlərdə Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya,  Fransa,  Yaponiya, daha sonra 48 milyard dollarla Rusiya gəlir. Ancaq bizdə elə silahlar var ki, dünyanın  heç bir ölkəsində yoxdur. Bu, lazımi istiqamətdə məqsədyönlü fəaliyyətin nəticəsidir. Ancaq silah yarışı pisdir və dünyaya yaxşı heç nə vəd etmir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date