Putin Tacikistana və Türkmənistana səfər edəcək

Vladimir Putin

© APA | Vladimir Putin

# 26 iyun 2022 17:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Moskva. Kreml. Putin" "Rossiya 1" telekanalında məlumat yayılıb. Məlumata görə, Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR