Putin Tokayevlə sülhməramlıların Qazaxıstandan çıxarılmasını müzakirə edib

Vladimir Putin, Kasım-Jomart Tokayev

© APA | Vladimir Putin, Kasım-Jomart Tokayev

# 13 yanvar 2022 14:07 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinaədn verdiyi məlumata görə, tərəflər KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatını və sülhməramlıların ölkədən çıxarılmasına başlanmasını müzakirə ediblər.

Tokayev respublikada asayişin nəhayət bərpası istiqamətində görülən tədbirlərdən də danışıb. Qazaxıstan Prezidenti Vladimir Putinə ölkədə asayişin bərpasında Rusiya Federasiyasının köməyinə və dəstəyinə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR