Putin Ukrayna ilə danışıqların pozulmasına görə Qərbi ittiham edib

Putin Ukrayna ilə danışıqların pozulmasına görə Qərbi ittiham edib
# 21 sentyabr 2022 11:25 (UTC +04:00)

Xüsusi hərbi əməliyyatın başlanmasından dərhal sonra rəsmi Kiyev Rusiyanın təkliflərinə müsbət münasibət bildirmişdi, lakin Ukraynaya razılaşmaları pozmaq barədə birbaşa göstəriş verildi.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı deyib.

Putin çıxışında onu da deyib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna nümayəndələri Rusiyanın təkliflərinə müsbət reaksiya verib.

O həmçinin qeyd edib ki, bu təkliflər ilk növbədə Rusiyanın təhlükəsizliyinin və maraqlarının təmin olunması məsələlərinə toxunurdu.

“Bir sıra razılaşmaların əldə olunmasından sonra rəsmi Kiyevə faktiki olaraq bütün razılaşmaları pozmaq tapşırığı verildi və Ukraynanı silahla daha çox təmin etməyə başladılar. Bununla yanaşı, Qərb ölkələri Kiyevi Rusiya ərazilərində hərbi əməliyyatlara sövq edir və bu ondan xəbər verir ki, Rusiya bütün vasitələrlə döyüş meydanında olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR