Qazaxıstan Baş naziri türk xalqlarının təşəkkülü ilə bağlı layihənin yaradılmasını təklif edib

Aysen Nikolayev - Əlixan Smayilov

© APA | Aysen Nikolayev - Əlixan Smayilov

# 24 yanvar 2023 17:35 (UTC +04:00)

Qazaxıstan Baş naziri Əlixan Smayilov türk xalqlarının təşəkkülü ilə bağlı layihənin yaradılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Nazirlər Kabinetinin saytında dərc edilib.

Qeyd olunub ki, Smayilov bu təklifi Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayevlə görüşündə səsləndirib.

“Türk xalqlarının mənşəyi və təşəkkülü haqda ortaq tarixi layihə yaratmaq olar. Belə bir layihənin həyata keçirilməsi cəmiyyətin diqqətini Avrasiyanın köçəri xalqlarının mədəniyyətinin, dilinin inkişafına və irsinin qorunub saxlanmasına dair müxtəlif məsələlərə yönəldəcək”, - Smayilov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR