Qazaxıstan FHN: meşə yanğınlarının söndürülməsinə hərbi aviasiya cəlb olunub

Qazaxıstan FHN: meşə yanğınlarının söndürülməsinə hərbi aviasiya cəlb olunub
# 10 iyun 2023 05:37 (UTC +04:00)

Dövlət yanğından mühafizə orqanlarının vasitələri yanğının söndürülməsində meşə təsərrüfatına köməklik göstərir.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Abay rayonunda 6 sahədə yanğının söndürülməsi davam edir. Meşə Təsərrüfatı Komitəsinin məlumatına görə, ilkin yanğın sahəsi 30 min hektardır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, Meşə Təsərrüfatı Komitəsinin, yerli icra orqanlarının və Müdafiə Nazirliyinin 600-dən çox canlı qüvvəsi, 168 texnikası cəlb olunub.

Ordunun aviasiya ekipajları fəlakət zonasına cəlb olunub. Həmçinin, “Vostok” regional komandanlığının hərbi hissələrinin yüzdən çox hərbi qulluqçusu və 15 ədəd xüsusi texnika yanğınla mübarizəyə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR