Qazaxıstan və Qırğızıstan baş nazirləri strateji əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Qırğızıstan baş nazirləri strateji əməkdaşlığı müzakirə edib
# 12 yanvar 2022 14:02 (UTC +04:00)

Qazaxıstan Baş naziri Əlixan Smailov və Qırğızıstan Baş naziri Akılbek Japarov arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, tərəflər strateji əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər.

Qazaxıstan Baş naziri “qardaş Qırğızıstan Respublikası ilə strateji əməkdaşlığın dərinləşməsində maraqlıyıq”, - deyə telefon danışığında qeyd edib.

Xatırladaq ki, Qazaxıstandakı hadisələr fonunda ölkə vətəndaşlarının saxlanılmasına görə, Qırğızıstan iki dəfə rəsmi Nur-Sultana nota ünvanlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR